ƏSAS SƏHİFƏ

Boks üzrə dünya çempionatında daha bir Azərbaycan idmançısı rinqə çıxıb

56

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialda Azərbaycan millisinin daha bir üzvü avqustun 28-də rinqə çıxıb.

69 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov səkkizdəbir finalda Monqolustan idmançısı Tuvşinbat Byamba ilə qüvvəsini sınayıb. Boksçumuz rəqibinə məğlub olaraq mundialı erkən tərk edib.

Qeyd edək ki, Hamburq İdman Sarayında təşkil olunan çempionatda avqustun 29-da dörddəbir final mərhələsinin görüşləri keçiriləcək. Yarışda yetmiş beş ölkədən 243 idmançının iştirak etdiyi yarışın qalibləri çempionatın sonuncu günündə – sentyabrın 2-də məlum olacaq.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı