ƏSAS SƏHİFƏ

“Bölgələrdən paytaxta” adlı yeni layihəsi keçiriləcək

750

“Bölgələrdən paytaxta” adlı yeni layihəsi

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən həyata keçiriləcəkdir. 2015-ci il ərzində Masallı, Lənkaran, Şəki, Gəncə, İsmayıllı, Qəbələ, Şəmkir, Quba, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcəkdir.

Bu silsilədən ilk tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə fevralın 10-da, saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında reallaşacaqdır. Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konsertləri təşkil olunacaqdır.

Qeyd edək ki, “Bölgələrdən paytaxta” adlı yeni layihə çərcivəsində hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.

Bakı sakinlərini və şəhərimizin qonaqlarını bu tədbirlərdə iştirak etməyə, regionlarımızın zəngin mədəni irsi ilə daha yaxından tanış olmağa dəvət edirik.

baku-art.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı