SAĞLAMLIQ 2020.09.17 11:44

Böyrək çatışmazlığı olan xəstələrin vəziyyətinə uyğun olaraq əlillik təyin edilir

22

Böyrək çatışmazlığı olan xəstələrə böyrək çatışmazlığının vəziyyətinə uyğun olaraq əlillik dərəcəsi təyin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN0 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, böyrək çatışmazlığı 5-ci dərəcə səviyyəsində olduqda şəxsə 1-ci qrup əlillik təyin edilə bilər.

M.Məmmədova əlavə edib ki, görmə itiliyi zəif olan şəxslər də əlillik dərəcəsi ala bilərlər: “Bunun üçün görmə itiliyi əskər hallarda Milli Oftalmologiya mərkəzində ölçülməlidir”.

M.Məmmədova qeyd edib ki, mövcud qanunvericliyə görə, 1-ci qrup əlillik müddətsiz verilir. 2 və 3-cü qrup əlillik 5 il müddətinə təyin edilir: “Lakin 2 və 3-cü qrup əlillik alan şəxslərin səhhətində bəzən geridönməz hallar olur. Bu halda onlara birinci dəfədən əlillik müddətsiz təyin edilə bilər”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı