CƏMİYYƏT 2020.10.11 13:00

Böyük kampaniya başladı: Gəncə terroruna qarşı…

28

Sosial şəbəkədə fəaliyyət göstərən “Amerikansayağı Bakı” səhifəsi erməni terroru ilə bağlı böyük kampaniyaya başlayıb. Axar.az xəbər verir ki, kampaniya zamanı erməni model Kim Kardaşyan ailəsinin Ermənistan ordusuna maddi yardım etməsi, bu pulla da düşmən ölkənin Gəncədəki mülki şəxsləri hədəfə almasına diqqət çəkiləcək.

Bildirilib ki, kampaniya saat 12:00-dan Tvitterdə start götürüb:

“Misli görünməmiş kampaniyaya başlayırıq. Hər kəs erməni terroru ilə bağlı ingiliscə bir neçə cümlə yazaraq, #KardashiansSupportTerrorism, #PrayForGanja həştəqləri ilə paylaşa bilər”.

Qeyd edək ki, Ermənistan ordusunun Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı