Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı bir gəncdən “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusunun əsgərlərinə ünvanlanmış məktub daxil olub.

Azərbaycanın Braziliyadakı Səfirliyindən verilən məlumata görə, məktubda o, Azərbaycan döyüşçülərini salamlayaraq, onlara gedən müharibədə hər bir şəxsin və hər bir yaxşılığın müdafiə edilməsini arzulamışdır. Qeyd olunmuşdur ki, o şirniyyat almaq üçün ona verilən pullara qənaət edib və istərdi ki, əskərlərimiz bu pula özlərinə şirniyyat alsınlar. Məktuba 30 (6 ABŞ dolları) real pul vəsaiti əlavə olunmuşdur. Gəncin anası məktubu yekunlaşdıraraq, bu kiçik vəsaitin sevgi ilə göndərildiyini və Marlonun hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua etdiyini bildirmişdir. Sonda «Bütün sevgi, hörmət və ehtiramımızı sizə göndəririk» sözləri yazılmışdı.

Qeyd olunasıdır ki Braziliyada 100 mindən artıq erməni yaşadığı halda heç bir vətəndaşlarımız və soydaşlarımız yaşamır və bu sırf yerli insanlar tərəfindən Azərbaycan ordusuna dəstək vermək üçün atılan addımdır.