CƏMİYYƏT 2020.02.19 13:07

Brilliant Dadaşova: “Kişi ilə cinsi əlaqə zamanı özünü videoya çəkib…” – Foto

3.9K

Uzun illərdir düşmən münasibətində olan xalq artistləri Xalq artisti Brilliant Dadaşova və Faiq Ağayev arasındakı qalmaqal yenidən alovlanıb.

Dialoq.info BAKU.WS-a istinadən xəbər verir ki, Murad Arifin “Popumuz var” Youtube layihəsində müsahibi F.Ağayevə ünvanlandığı “dürüst-doğru” ifadələri B.Dadaşovanı qıcıqlandırıb.

O, Muradın verilişdən bir hissə “İnstagram” hesabında verilişdən paylaşdığı videonun altında olduqca sərt ittihamlar yazıb:  

“Gey dostlarım nəbadə məndən inciməsinlər, hərənin şəxsi həyatı, cinsi seçimi onun öz işidir, amma kişi ilə cinsi əlaqə zamanı başqa bir kişiyə acıq vermək üçün şəxsən özünün çəkdiyi video ortaya çıxanda nədən şər-böhtan ataraq videonun yayılmasını mənim üzərimə atması hələ də sual işarəsi altındadır. Bu dünyada və mütleq Məhşərdə böhtanın cəzası çox ağırdır!

Dürüst-doğru… (Brilliant xanım bu sözlərdən sonra gülüş işarələri qoyub). Kişi ilə cinsi əlaqə zamanı özünü videoya çəkib, nədənsə onunla yaxından-uzaqdan əlaqəsi olmayan məhz Brilliantın boynuna atan dürüst. Canım-gözüm Murad, dürüstlük dünyadakı haqqını halal etməz. Günahdır.
Muradik, parlamentdə vaxtilə böyük Rəşid Behbutov oturub. Səndən nədənsə ümumiyyətlə dürüstlük gözləyənlərin ümüdünü heç olmasa sən özün qırma. Bu xalq doğrudanmı bu qədər cılızlaşdırılır?! Allah özü bu xalqa kömək olsun!”

Xatırladaq ki, M.Arif F.Ağayevə parlament seçkilərində niyə iştirak etmədiyini soruşur: “Uzaqgörən insansınız. Uzaqda nə gördünüz ki, bu il parlament seçkilərinə qatılmadınız? Tanımadıqlarımızla müqayisədə hər zaman danışan, dürüst-doğru danışan, məntiqli yollar göstərən insanın orada olması xalq üçün xeyirli olmazdımı?”

Faiq Ağayev şəxsi həyatından azad olmaq üçün bu addımı atmadığını bildirir: “Mən şəxsi həyatımın bir çox hissəsindən məhrum olmuş insanam. Üstəgəl, parlamentə də getsəydim, şəxsi həyatımın 95 faizi əldən gedəcəkdi. Mən buna hazır deyildim. Şəxsi həyatımı qurban verməyə hələ hazır deyiləm”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı