MƏDƏNİYYƏT 2020.03.24 15:28

Brilliant Dadaşova: “Oğluma dörd toy edəcəm” -Görüntülər

102

“Oğlum hər zaman məni qorumağa çalışır. Kişidir, sevgisini hər an bildirmir. Dəyişik xasiyyəti var. Azərbaycanda öyrəşdiyimiz xarakteri yoxdur. Kişilərin kiminsə arxasınca danışmasını qəbul etmir. Deyir, kişilər niyə xanımlarsız bir yerə yığışır? Dostları çağıranda getmir”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Şou ATV” verilişində deyib.

O, müğənni oğlu Cahaddan danışıb. Dadaşova övladı ilə bağlı bir vaxtlar yayılan – “Evlənib, uşağı olub” xəbərlərinə münasibət bildirib:

“Bir çoxları xətrimə dəydi. Oğlumla bağlı yalandan “evlənib” xəbərləri yaydılar. Oğlandır, universitetdə oxuyur, qızlarla şəkil çəkdirməsi normaldır. Bir oğlum var, onun toyu olacaq, heç kim bilməyəcək? Övladıma bir yox, dörd toy edəcəm. İnsanların taleyi ilə oynamaq olmaz.

Oğlum da pis olmuşdu, Bakıya zəng etdi ki, nə məsələdir? Yazdılar ki, uşağı da var. Maqazin insanı deyiləm, olan şeyləri danışmağı xoşlayıram”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı