Bu gecə Gəncəyə atılan raketlərin qalıqlarının bir hissəsi tapılıb. Trend-in yerli müxbirinin məlmatına görə, Gəncəyə atılan “SCUD” (Eburus) ballistik raketlərdir.

Ermənistan hücumu nəticəsində Gəncədə 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda dağıntılar altında qalan şəxslərin xilar edilməsi üçün əməliyyat-axtarış işləri davam etdirilir.