ƏSAS SƏHİFƏ

Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq

421

Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq.

Tədbir Bakının Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunacaq. Mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı gözlənilir.

Məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçəcək. Regionlar üzrə ilk mərasim sabah Naxçıvandan başlayacaq.

Məşəl ümumilikdə 15 şəhərdən keçirilərək, iyunun 11-də Bakıya gətiriləcək və iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.

Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı