Bu gün qadınlar arasında şahmat üzrə dünya çempionatının üçüncü turu keçirilir

Bu gün Xantı-Mansiyskdə (Rusiya Federasiyası) qadınlardan ibarət komandalar arasında şahmat üzrə dünya çempionatının üçüncü turu keçirilir. AZƏRTAC xəbər verir ki, bu turda Azərbaycanı yalnız qadınlardan ibarət yığma komanda təmsil edəcək. Komandaya Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balacayeva daxildir. İki turdan sonra komandaların vəziyyəti belədir: 1-ci yer: Rusiya – 4 xal; 2-4-cü yerlər: Polşa, Hindistan və Ukrayna – hərəyə üç xal; 5-7-ci yerlər: Vyetnam, Azərbaycan və Gürcüstan – hərəyə 2 xal, 8-ci yer: Çin – 1 xal; 9-10-cu yerlər: ABŞ və Misir – 0 xal. Xatırladaq ki, birinci turda Azərbaycanın qadınlardan ibarət şahmat komandası polyaklara 0,5: 3,5 hesabı ilə məğlub olublar, amma ikinci turda Misir nümayəndələrini darmadağın ediblər – 4:0. Üçüncü turda bizim qızların rəqibləri çempionatın reytinq-favoritləri – Rusiya komandası olacaq. Rusiya-Azərbaycan komandalarının matçında aşağıdakı cütlüklər qarşılaşacaqlar: Yekaterina Laqno – Zeynəb Məmmədyarova, Valentina Qunina – Günay Məmmədzadə, Aleksandra Qoryaçkina – Gülnar Məmmədova, Olqa Giriya – Ülviyə Fətəliyeva. Həm kişilərin, həm də qadınların çempionatlarında 10 komanda iştirak edir. Çempionatda hazırkı dünya çempionları, sonuncu olimpiadada 1-3-cü yerləri tutmuş komandalar, 4 qitə çempionu, təşkilatçı ölkənin komandaları və FİDE prezidentinin nominantları iştirak edirlər. 9 turdan ibarət olan turnir dairəvi sistem üzrə keçirilir. Vaxt nəzarəti belədir: İlk 40 gediş üçün 90 dəqiqə + partiyanın sonun qədər 30 dəqiqə üstəgəl hər gediş üçün 30 saniyə. Çempionatın sonuncu turu iyunun 26-da keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here