Bu gün Ümumdünya Limfoma ilə Mübarizə Günüdür

Limfoma immun sistemi hüceyrələrinin şiş xəstəliyidir, limfatik düyünlərdən ibarət olan qorxulu şiş növü dalaq, çəngələbənzər vəzisi və sümük iliyini zədələyir. Limfoma bir deyil, 30-dan artıq xəstəliklər qrupudur. İmmun sistemin şişlərinin iki əsas tipi mövcuddur – Hoçkin və qeyri-Hoçkin limfoması.

Limfoma zaman keçdikcə inkişaf edən ciddi xəstəlikdir. Lakin buna baxmayaraq müasir təcrübə 80 faiz hallarda onu sağaltmağın mümkün olduğunu deməyə əsas verir. Xəstəliyin sağalma ehtimalı ona vaxtında qoyulan düzgün və dəqiq diaqnozdan çox asılıdır.

Qərbi Avropa ölkələrində limfoma ilə xəstələnmə ildə hər 100 min əhalidən 12-15 nəfərində təsadüf edilir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here