RƏSMİ 2020.11.05 12:07

Bu gün Vətən müharibəsinin 40-cı günüdür!

29

Bu gün Vətən müharibəsinin 40-cı günüdür!

Ali Baş komandan 40 gün öncə “vur” əmri verdi!

Qəhrəman Ordumuz bu 40 gündə tarix yazdı!

Millət olaraq 40 gün öncəki deyilik!
Bu, yuxu da deyil.

Yuxu 40 gün öncəki yaşayışımız imiş!

26 ildi sən demə, elə yuxudaymışıq!

Yoxsa necə dözmüşük, necə bu yerlərə qədər yaşamışıq, izahatı yoxdur…

İndi oyanmışıq!

Özümüzlə bərabər bütün narahat ruhlar da ayaqdadır!

Bu həyatı və özümüzün bu halını sevməyə başladıq…

Başımıza gələnlərə sevinməyə başladıq.

Başımızdakı bu Adamı yenidən tanıdıq və milli heyranlıq ünvanımız oldu…

Dostlar bizi bir ayrı sevməyə, düşmənlər bizdən bir ayrı qorxmağa başladı!

Millət olmaq, diri olmaq nə gözəlmiş!

Qarabağın o müqəddəs torpaqlarının geri qaytarılması xəbərlərinə sevinmək nə gözəlmiş.

Qarabağ uğrunda, Şuşa uğrunda şəhid düşən gənc əsgərlərimizə, zabitlərimizə, komandanlarımıza Allahdan rəhmət dilərik!

Amma bu dəqiqdir: onlara millətin sevgi və minnəti var.

Azərbaycan durduqca da belə olacaq.

Qarabağ Fatehinin ölümsüz əsgərləri!

Azərbaycan var olsun!

Düşmənləri məhv olsun!

Yaşasın qəhrəman Ordumuz!

“Yeni Müsavat” Media Qrupu

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı