SAĞLAMLIQ 2020.10.12 17:11

Bu gündən qripə qarşı vaksinasiya tədbirlərinə başlanılıb

22

Bu gündən ölkədə qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə vaksinasiya tədbirlərinə başlanılıb.

Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bu vaksinasiya tədbirləri tibb işçiləri – həkim və orta tibb personalı, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəliyi olan 6 aydan böyük uşaqlar, orta və yaşlı insanlar üçün keçirilir.

T.Eyvazov bildirib ki, 2020-2021-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi üçün vaksinasiya tədbirləri bir ay ərzində həyata keçiriləcək.

Payız-qış aylarında adətən kəskin respirator virus infeksiyalarına yoluxma sayının artdığını deyən baş infeksionist vaksinasiyanın pandemiyaya qarşı əks epidemik tədbirlərdən biri olduğunu nəzərə çatdırıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı