CƏMİYYƏT 2019.09.14 10:10

Bu günün havası – 28 dərəcəyə qədər isinəcək

69

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 24-27, Bakıda 24-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aranda 23-28, dağlarda isə 10-15 dərəcə isti təşkil edəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı