ELM VƏ TƏHSİL

“Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqəyə start verilib

688
Azərbaycan Respublikası Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və “FINCA Azərbaycan”ın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilən müsabiqə şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması, maliyyə savadlılığının artırılması istiqamətində məktəblilər arasında maarifləndirmə işlərinin aparılması məqsədilə təşkil olunub.
Müsabiqə “Şagirdin məqsədli qənaəti” nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları filmləri 17 aprel 2015-ci il tarixinədəkwww.musabiqe.edu.az saytına yükləməlidirlər.
Müsabiqədə I, II və III yerləri tutan şagirdlərə netbuk, planşet, e-book reader təqdim ediləcək. Fərqlənən iştirakçılar isə müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı