ƏSAS SƏHİFƏ

Bu il Azərbaycana bahar martın 21-də qədəm qoyacaq

417

Yurdumuza bahar gəlir – allı-güllü, yaşıl örpəkli bahar. Qədimdən üzü bəri insanlar yazın gəlişini səbirsizliklə gözləyiblər. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının çiçəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlayıb.

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verəcəkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin sözlərinə görə, martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcəkdir. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaqdır. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaqdır. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı