CƏMİYYƏT 2020.07.14 14:00

“Bu onu göstərir ki, generallar əsgərlərin arxasında gizlənmir” – Kərim Vəliyev

55

“Bu onu göstərir ki, generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmir və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Əfsus ki, döyüşlər itkisiz olmur”.

Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

“Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərə rəhmət, ailələrinə səbr, yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirik ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq”,- deyə nazir müavini əlavə edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı