ƏSAS SƏHİFƏ

Bugs Bunny’ni səsləndirən aktyorun yerkökünə nifrət etdiyi doğrudur?

597

Bugs Bunny’ni səsləndirən aktyorun yerkökünə nifrət etdiyi doğrudur?

Amerikalı aktyor “Mel Blanc”ın səsləndirdiyi ən məhşur cizgi qəhrəmanlarından biri daim yerkökü yeyən dovşan “Bugs Bunny”dir. Praktiki təcrübələr göstərdi ki, heç bir meyvə və ya tərəvəz yerkökü kimi xışıltılı səs çıxara bilmir, buna görə də Bugs’ın səsyazmaları zamanı Blanc yerkökünü dişləyirdi, çeynəyirdi, sonra isə tüpürürdü. Bu, Blanc’ın yerkökünə qarşı allergiyası var kimi şaiyələrin yaranmasına gətirib çıxardı. Bəzi mənbələr isə iddia edir ki, (indiyə qədərdə iddia edirlər) Blanc yerkönünün dadına dözə bilmirdi. 1984-cü ildə verdiyi müsahibədə, Blanc şaiyələri təkzib edərək yerkökünə qarşı allergiyadan əziyyət çəkmədiyini bildirdi. Sonrakı nəşrlərdə də bildirilirdi ki, Blanc yerkökünü sevmədiyindən və ya ona qarşı allergiyası olduğundan tüpürmürdü, bunu tamamilə vaxta qənaət etmək üçün edirdi: yörkökünü tüpürmək, onu çeynəmək və udmaqdan daha az vaxt aparırdı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı