Builki buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) builki buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 16-da əlavə imtahan keçirib.

DİM-dən bildiriblər ki, buraxılış imtahanları Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanlarda iştirak etmək üçün IX sinif buraxılış imtahanının birinci mərhələsi üzrə 223, ikinci mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagird sənəd verib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində normal şərait yaradılıb.

Sentyabrın 17-dən etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here