Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar məktəblərdə buraxılış imtahanlarının vaxtı dəyişdiriləcək.
Bunu mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, söhbət yalnız Bakıda keçirilən imtahanlardan getmir.
“Bütün ölkə üzrə buraxılış imtahanlarının vaxtı dəyişdiriləcək. İmtahanların Olimpiya oyunlarından əvvəl keçirilməsi nəzərdə tutulub. Mayın 30-u məktəblərdə son zəngdir. Səhəri gün isə imtahanda iştirak etmək mümkün deyil”, M.Abbaszadə deyib.
O qeyd edib ki, hazırda imtahanların tarixi Təhsil Nazirliyi ilə birgə dəqiqləşdirilir.
