ƏSAS SƏHİFƏ

“Businnes World: Enactus Modeli” layihəsi

853

Səbail Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı, Enactus Azərbaycan Dövlət Pedaqoji Universiteti “Businnes World: Enactus Modeli” layihəsini təqdim edir.

Layihə Sahibkarlıq fəaliyyətinə marağı olan və Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Layihənin məqsədi gəncləri Sahibkarlıq fəaliyyəti,həmçinin,hər il dünya tələbələri arasında keçirilən Enactus ( Bizim Sahibkarlıq Fəaliyyətimiz) beynəlxalq yarışı ilə yaxından tanış etmək,sözügedən mövzuda istedadı olan gəncləri üzə çıxarmaq və onları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Enactus komandasına cəlb edərək milli turda universiteti təmsil etmək şansı qazandırmaq,vaxtlarını səmərəli keçirmələrini təmin etməkdən ibarətdir.

3 gün davam edəcək layihənin ilk 2 günündə iştirakçılara müxtəlif mövzularda təlimlər keçiləcəkdir.Layihənin sonuncu günü isə onlar komandalara bölünəcək və layihədən öyrəndikləri məlumatlar əsasında aralarında komandalararası “Enactus Modeli” yarışı təşkil olunacaq.Sonda qalib komanda mükafatlandırılacaq və layihənin hər bir iştirakçısı sertifikatla təltif ediləcəkdir.

İştirakçıların seçimi 2 mərhələ üzrə həyata keçiriləcəkdir:
1.Elektron qeydiyyat mərhələsi
2.Müsahibə mərhələsi
Hər iki mərhələdən uğurla keçən tələbələr layihədə iştirak hüququ qazanacaqdır.
Layihənin keçirilmə vaxtı və yeri barədə seçilmiş iştirakçılara məlumat veriləcəkdir.

Elektron qeydiyyat mərhələsi üçün link:

https://docs.google.com/…/1Ee4CYaT6OY-LE4Hq2ahGlAF…/viewform

Son qeydiyyat tarixi :15.12.2014

Əlavə məlumat üçün :
Tel: (050) 680 59 66
[email protected]

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı