DÜNYA 2020.09.21 08:00

“ByteDance” “TikTok”-un ABŞ-dakı seqmentini 12 milyard dollara satmaq niyyətindədir

28

Çinin “ByteDance” şirkəti sahibi olduğu “TikTok” onlayn video mübadilə xidmətinin ABŞ-dakı seqmentini 12 milyard dollara ABŞ-ın “Oracle” və “Walmart” şirkətlərinə satmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə bu gün “Bloomberg” agentliyi məlumat yayıb.

“ByteDance” “TikTok”-un dəyərinin 60 milyard dollar qiymətləndirilməsinə çalışır. Razılaşmaya əsasən, “Oracle” və “Walmart” müvafiq olaraq “TikTok”-un qlobal biznesinin 12,5 və 7,5 faiz səhmlərinə sahib olacaq. Beləliklə, ABŞ-ın bu iki şirkəti razılaşarsa, bunun üçün “ByteDance”-yə 12 milyard dollar ödəməlidirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı