İDMAN 2020.02.14 21:49

Cəbrayıl Həsənov da ermənini məğlub etdi

111

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında növbəti görüşünü keçirib.

“Report”un məlumatına görə, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Arman Avaqyanla üz-üzə gəlib. Qarşılaşmadan 8:4 hesabı ilə qalib ayrılan Həsənov yarımfinala yüksəlib. Məğlubiyyəti həzm edə bilməyən ermənilər iki dəfə qərara etiraz ediblər. Lakin onların “çelenc”lərindən yalnız biri təmin olunub.

Qeyd edək ki, 3 qat Avropa çempionu Cəbrayıl Həsənov təsnifat mərhələsində Nika Kentçadzeni (Gürcüstan), ardınca isə Omarasxab Nacmudinovu (Rumıniya) məğlub edib. Bu gün həmçinin Ağahüseyn Mustafayev (70 kq) erməni Gevorq Mxeyanı məğlub edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı