BAXIŞ BUCAĞI 2020.01.25 17:21

Cənab Ağazadə, hətta “qaydasız döyüş”ün də öz qaydaları var – Nuraninin yazısı

143

Fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Qarşıdakı plebissitə ümidlər ciddidir. Təkcə ona görə yox ki, hər seçki – demokratiyanın inkişafında növbəti mərhələ sayılır, indiki seçkilər həm də erkən seçkilərdir. Əksər ekspertlər Milli Məclisin buraxılmasını məhz mühüm siyasi “yenidən yüklənmə” kimi qiymətləndirib.

İndiki seçki kampaniyası görünməmiş fəallıq və qat-qat liberal şəraitdə keçir. Sosial şəbəkələr artıq satirik roliklə buna reaksiya verib – rolikdə özünün, sevimlilərinin deputatlığa namizədliyi üçün imzalar yığmaqdan ötrü mini-marketin sahibini, ofisiantı, taksi sürücüsünü bir yerə toplayırlar…

Di gəl, bu qəbildən namizədlərin peyda olması heç də həmişə təbəssüm doğurmur. 

Özünüz mühakimə edin: 

35 saylı Xətai 3-cü seçki dairəsi. Qeydə alınan namizədlər arasında “Yeni Müsavat” qəzetinin təsisçisi və eyni adlı media-holdinqin rəhbəri Rauf Arifoğlu (Abbasov Rauf Arif oqlu) və Ümid Partiyasının rəhbəri İqbal Ağazadə var. Və seçicilər də, ekspertlər də, ölkə vətəndaşları da dairədə açıq, kəskin və ən əsası, ədalətli rəqabət gözləyirlər – hansı rəqabəti ki, 35-ci Xətai seçki dairəsi ilə yanaşı, başqa yerlərdə də həyəcanla izləyəcəklər.

İqbal Ağazadə ile ilgili görsel sonucu



Gəl ki, cənab Ağazadənin öz seçki kampaniyası zamanı istifadə elədiyi metodlar “hesabına” ədalətli seçki yarışı alınmır. Məsələ təkcə Rauf Arifoğlunun seçicilərlə görüşünə “Mercedes” markalı mikroavtobusda peşəkar qadın təxribatçıların gətirilməsində deyil – hansılar ki, əvvəlcə qışqırıq salır, sonra dava salmağa cəhd edir və yekunda da suları süzülə-süzülə çıxıb gedirlər, – daha eybəcəri odur ki, cənab Ağazadə 35-ci Xətai dairəsində “klounlarla” rəqibə hücum təşkil edib, yaxud “tapmaca” oyunu qurub. Belə ki, iddiaçılar sırasında Rauf Arifoğlunun “klonu”, daha dəqiqi daha bir Rauf Abbasov var.

Abbasov Rauf Çərkəz oğlu 1968-ci il təvəllüdlüdür, işsizdir. Seçki kampaniyası aparmır, seçicilərlə görüş keçirmir, təbliğat plakatları yapışdırmır, mediadan yayınır. Rəqibə “klounlarla hücum” – çoxdan məlum olan fənddir. Bununla ümid edilir ki, seçicilərin müəyyən qismi bülletendə iki eyni ad-soyadlı namizədi görəndə “quşu” kimi qarşısında qoymaqda çətinlik çəkəcək, vəziyyətin nə yerdə olduğunu dərhal müəyyən edə bilməyəcək.

Bu arada “Yeni Müsavat”ın əməkdaşları tərəfindən keçirilən jurnalist araşdırması gözləntiləri tam doğruldub. İqbal Ağazadə Qusarda işsiz və səhhəti elə də yerində olmayan Abbasov Rauf Çərkəz oğlunu axtarıb tapıb, onu Bakıya gətirib, deputatlığa namizəd kimi qeydiyyata aldırıb. Üstəlik, bundan ötrü bütün “təşkilatı işləri” görən adamların Ümid Partiyasının fəalları olduğu üzə çıxıb. Ağazadə hətta belə hiyləgər “əməliyyat” qurduğu üçün jurnalistlər qarşısında qürrələnməyə belə, özündə cəsarət tapıb.
O zaman bunu necə başa düşək bəs?


Aydındır ki, seçki kampaniyası dostluq məclislərinə az bənzəyir – burada tamamilə sərt qarşıdurma və kəskin diskussiyalara və s. mümkündür. O da aydındır ki, artıq bir dəfə Xətai dairəsindən deputat olmuş İqbal Ağazadə daha sonra Araz Əlizadəyə uduzub və parlamentə qayıtmaq üçün indi, sadəcə, revanş götürmək üçün əlləşir. Amma rəqabəti LƏYAQTƏTLƏ aparmaq, üstəlik, bu zaman qaydalara əməl etmək lazımdır.

Nümunə üçün: futbolda “aldadıcı paslar”, topu ayaq altdan vurub çıxarmaq”, “aldadıcı ötmələr” kimi müxtəlif qəbildən fəndlər mümkündür. Ancaq əllə oynamaq olmaz. Rəqibi bilə-bilə zədələmək, heç olmaz. Matç nə qədər mühüm də olsa, oyunu nə qədər udmaq istəsən də, qaydaları gözləməlisən.

Nəzakətin işləmədiyi boksda isə qurşaqdan aşağı zərbə qadağandır. Karatenin, klassik və sərbəst güləşin, hətta “qaydasız döyüş”ün öz qaydaları var. Di gəl ki, cənab Ağazadə qaydaları özü üçün artıq hesab edib. Xüsusən də o məqamda ki, onu halal qələbənin gözləmədiyinə, yumsaq desək, əmin olub. Və qərara gəlib ki, ondan ötrü artıq heç bir “qırmızı xətt” yoxdur və deputat mandatı uğrunda mübarizədə bütün vasitələr yaxşıdır.

Ancaq tünd qəhvə ilə fal açmağı qəsdən kənara qoyaq. Revanş həsrəti ilə alışıb-yanan eks-deputat görəsən daha hansı hiyləgərlikləri dövriyyəyə buraxacaq?

Bizcə, bu xüsusda ən çox İqbal Ağazadə ilə görüşə gələn vətəndaşlarımız düşünüb-daşınmalıdır. Heç də pis olmaz ki, belə bir dolaşıq sual verilsin:

xanımlar və cənablar, siz əminsiniz ki, özünüzə “ümid” yerini düz seçmişiniz? Ona da əminsinizmi ki, hələ təbliğat kampaniyası dövründə qadağan olunan fəndlərə əl atan xadim gerçəkdən də parlamentdə sizin maraqlarınızı təmsil edəcək? Nəhayət, əminsinizmi ki, ona inanmaq olar?

Bizə cavab vermək lazım deyil. Özünüz özünüzə cavab verin. Düşünün. Düşünün ki, 9 fevraldan sonra başınızı tutmayasınız.

Buradaca nöqtə qoymaq olardı. Ancaq məsələnin daha bir tərəfi var. 9 fevral seçkilərinə “məxsusi” ümidlər bağlayan təkcə namizədlər və onların seçiçiləri deyil. Bu plebissitdən həqiqətən də çox şey asılıdır. Biz – Azərbaycan vətəndaşları gerçəkdən də layiqliləri seçməliyik. Milli Məclisə seçkilər ədalətli və açıq, təmiz və şəffaf olmalıdır. Biz özümüzə, sadəcə, rəva görə bilmərik ki, bizim iradəmizə kimsə tüpürsün. Demək, İqbal Ağazadənin istifadə etdiyi üsulları, o sırada peyda olan “klounlarla hücum” metodunu araşdırmaq, həm də ciddi araşdırmaq MKS-nın vəzifəsidir. Təkcə MSK-nın da işi deyil. Sadəcə, o səbəbə ki, ölkə qarşısında məsuliyyət quru sözdən ibarət olmamalıdır…


Nurani, siyasi şərhçi

Minval.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı