CƏMİYYƏT 2020.11.03 11:21

Cənubi Qafqazda sülh yalnız torpaqların işğaldan azad edilməsindən sonra mümkündür – Türkiyə MN

32

Cənubi Qafqazda sülh yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkündür.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bu, təkcə Azərbaycanın və Türkiyənin tələbi deyil, işğal olunmuş torpaqların azad edilməsini beynəlxalq hüquq da tələb edir:

“Bu gün Azərbaycan Ermənistanın Azərbaycan ərazisindən qoşunların çıxarılmasını tələb edən BMT qətnamələrini özü yerinə yetirir”.

Nazirlikdən bildiriblər ki, Türkiyə əvvəlki kimi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və hər zaman Azərbaycanın yanında olacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı