ƏSAS SƏHİFƏ

Campus Turkeydə Yay Təcrübə Proqramı !

1.2K

Campus Turkeydə Yay Təcrübə Proqramı ! Gələcəkdə Xaricdə Təhsil Məsləhətçisi olmaq istəyən gənclər üçün Campus Turkey sizə bu imkanı verir. İxtisas və peşəsindən asılı olmayaraq gələcəkdə özünü Xaricdə Təhsil Məsləhətçisi kimi görən hərkəs proqramda iştirak edə bilər. Proqram müddəti 2 aydır. Təcrübə proqramı müddətində iştirakçilara gələcəkdə təhsil danışmanı kimi fəaliyyət göstərməsi üçün nəzəri və praktiki seminarlar keçiriləcək. Təcrübə programına qoşulan gənclər; – Azərbaycanda bu günə tədris olunmayan bir peşəyə yiyələnmək. – Təlim müddətində Campus Turkeydə komanda şəklində çalışmaq. – Xaricdə təhsillə bağlı tələbələrə məsləhət verməyi bacarmaq. – Türkiyə Universitetlərinin qəbul şərtləri və qəbul prosesi ilə tanış olmaq. – Universitetlərin təqaüd imkanlarını araşdırmaq. – Universitetə mürciət formalarını bilmək. – Tələbələrə ixtisas və universitet seçimində köməklik etmək. – Sənəd qəbulunda sənədləşmə ilə bağlı köməklik etmək. – Motivasiya məktubunun yazılması qaydasının öyrənilməsi. Təcrübə müddəti 1 ay nəzəri, 1 ay praktiki olaraq cəmi 2 ay davam edəcək. Praktiki təcrübə zamanı xüsusi qabiliyyəti ilə seçilən iştirakçıya Campus Turkeydə tərəfindən maaş və daimi işlə təmin olunması mümkün olacaqdır. Programın sonunda bütün iştirakçılara Campus Turkey tərəfindən Xaricdə Təhsil Məsləhətçisi SERTİFİKATI veriləcək . Proqrama qoşulmaq istəyənlər öz CV-lərini 25.05.2015 Tarixindən gec olmayaraq [email protected] ünvanına göndərməlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı