CƏMİYYƏT 2020.10.13 17:30

Çavuşoğlu: “Minsk Qrupu təcili toplanmaldır”

19

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ məsələsi ilə bağlı toplantısı keçirilməlidir. Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, Türkiyə Minsk Qrupunun təcili toplanması ilə bağlı təklif irəli sürüb. Çavuşoğlu, həmçinin Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını öldürməsinin yolverilməz olduğunu diqqətə çatdırıb.

“Beynəlxalq ictimaiyyət Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Türkiyə Azərbaycanın verəcəyi istənilən qərarda onun yanındadır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı