İDMAN 2020.09.15 10:45

Çempionlar Liqası: 3-cü təsnifat mərhələsinə start verilir

21

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Unikal.org xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Ukraynanın “Dinamo” klubu doğma meydanda “Alkmaar”ı qəbul edəcək. Portuqaliya “Benfika”sı isə PAOK-un qonağı olacaq.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” bu mərhələdəki oyununa sabah çıxacaq. Ağdam təmsilçisi Norveç “Molde”si ilə qarşılaşacaq. Görüş, UEFA-nın qərarıyla Kiprdə keçiriləcək.

“Qarabağ” “Molde” səddini keçsə, pley-off mərhələsində “Ferentsvaroş” – “Dinamo” cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

15 sentyabr

21:00 Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland)
22:00 PAOK (Yunanıstan) – Benfika (Portuqaliya)
22:30 Gent (Belçika) – Rapid (Vyana, Avstriya)

16 sentyabr

19:00 Omoniya (Kipr) – Srvena Zvezda (Serbiya)
21:00 Ferentsvaroş (Macarıstan) – Dinamo (Zaqreb, Xorvatiya)
21:00 Qarabağ – Molde (Norveç)
21:00 Makkabi (Tel-Əviv, İsrail) – Dinamo (Brest, Belarus)
22:30 Midyulland (Danimarka) – Yanq Boyz (İsveçrə)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı