DÜNYA 2020.11.05 13:00

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

28

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. “Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Almaniya “Borussiya”sından (Münxenqladbax) Alassan Plea, İngiltərə “Liverpul”undan Dioqu Jota, Almaniyanın digər təmsilçisi Dortmund “Borussiya”sından Erlinq Holann və İspaniya “Sevilya”sından Yussef En-Neseri iddia edir. Plea qrup mərhələsinin III turunda Ukrayna “Şaxtyor”una 6:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Jota isə eyni uğura İtaliyada “Atalanta” ilə matçda (0:5) imza atıb. Holann Belçikada “Brügge”ni 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada dubl müəllifi olub. En-Neseri isə Rusiya “Krasnodar”ı ilə ev oyununda (3:2) 2 qol vurub. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı