DÜNYA 2020.12.06 05:00

Ceyms Bondun istifadə etdiyi tapança 256 min dollara satılıb

38

1962-ci ildə çəkilmiş “Doktor No” filmində Şon Konnorinin canlandırmış olduğu 007 nömrəli agent Ceyms Bondun istifadə etdiyi tapança hərracda 256 min ABŞ dollarına satılıb.

Bu barədə “Report” THR-ə istinadən xəbər verir.

Lotun ilkin dəyəri “Julien’s Auctions” hərrac evinin qiymətləndirməsinə görə 150-200 min ABŞ dolları arasında olub.

Söhbət “Walther PP” tapançasından gedir. Fanatlar bilir ki, Ceyms Bond məhz “Doktor No”da “Beretta”dan “Walther PP”yə keçib. Çünki Mi-6 “Beretta”nın yenidən uğursuz ola biləcəyindən narahat idi.

O vaxtdan bəri “Walther” tapançası məşhur agentin əsas silahına çevrilib.

Qeyd edək ii, dünyaca ünlü Şon Konnori oktyabrın 31-də 90 yaşında vəfat edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı