İQTİSADİYYAT 2020.10.12 15:50

“Chevron” Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib

27

ABŞ-ın “Chevron” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib.

Trend bu barədə Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

“Chevron Azerbaijan Limited” şirkətinin ləğvi ilə əlaqədar kreditorlardan iddiaların qəbul olunması iki ay ərzində Səbail rayonu, Rəsul Rza küçəsi 11 ünvanında həyata keçiriləcək.

Qeyd edək ki, əvvəllər şirkət “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrinin səhmdarı olub. Hazırda şirkət Azərbaycan heç bir layihədə iştirak etmir.

“Chevron” 2019-cu ilin noyabrında Macarıstanın MOL şirkəti ilə Azərbaycandakı aktivlərinin 1,57 milyard dollara satılması ilə bağlı saziş imzalamışdı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı