Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti MEK-i ziyarət edib

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) nümayəndə heyəti  AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

Görüş çərçivəsində MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva kitabxananın yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Daha sonra çinli qonaqlar sərgi salonu, yardımçı fondlar və oxu zalları, Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış oldular. Ziyarət zamanı ÇİEA-nın Dünya Tarixi İnstitutunun alimlərinin kitabxana ilə bağlı sualları cavablandırıldı, maraq doğuran kitablara nəzər salındı.

ÇİEA-nın Rusiya və Şərqi Avropa tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor  Van Hiaoju qonaqpərvərliyə görə MEK rəhbərliyinə minnətdarlığını bildirdi.

Sonda qonaqlarla xatirə şəkli çəkdirildi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here