SAĞLAMLIQ 2021.03.02 11:43

Çin iyulun sonunadək əhalinin 40 faizini peyvəndləməyi planlaşdırır

31

Çin iyul ayının sonunadək ölkə əhalisinin 40 faizini koronavirusa qarşı peyvəndləməyi planlaşdırır.

Hazırda Çində peyvəndləmənin ortalama səviyyəsi hər 100 nəfərə 3,56 nəfər təşkil edir ki, bu da İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-la müqayisədə dəfələrlə azdır.

Hazırda Çində 4 fərqli koronavirus vaksini təsdiq olunub. Fevralın sonunadək ölkədə 50 milyon doza vaksin istehsal olunub.

Qeyd edək ki, dünyada əhalinin peyvəndlənməsi səviyyəsinə görə, İsrail liderlik edir. Bu ölkədə bu günədək əhalinin 38 faizə yaxını peyvəndlənib. BƏƏ-də bu rəqəm 22,4 faiz, ABŞ-da 7,55 faiz təşkil edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı