DÜNYA 2020.05.02 08:55

Çində koronavirusdan sağalan bir neçə xəstə sonradan ölüb – Həkimlər araşdırır

32

Koronavirus xəstələrinin sağalandan sonra ağciyərlərində təhlükəli virusun hissəcikləri uzun müddət gizli qala bilər. Bunu heç bir standart teslə təyin etmək mümkün deyil.

Dialoq.info Medicina.az-a istinadən xəbər verir ki, Çin alimləri elmi dərgidə koronavirusdan sağalıb, testi neqativ çıxandan sonra evə gedən xəstələrdə baş verən patoloji dəyişiklik və hətta ölüç halların tədqiq edən araşdırmalarını paylaşıblar.

.Çin virusoloqları 78 yaşlı koronavirus infeksiyasından müayinə edirlər. Müalicədən sonra 2 dəfə aparılan yaxma analizi testi neqativ göstərdi. Komputer tomoqrafiyası da normal vəziyyət göstərmişdi. Lakin evə yazıldıqdan 12 gün sonra xəstə ürək tutmasından öldü.

Meyitin müayinəsi göstərdi ki, xəstənin ağciyərlərində hələ də COVID hiccəsikləri var idi, lakin onlar orqanizmdə heç bir simptom göstərmirdilər. Amma ürək, qaraciyər və beyində virus yox idi.

Tədqiqatçılar bu qərara gəldilər ki, virus hissəciklərinin lokallaşdırılması və virusun müalicəsində həkimlər üçün təlimatların təkmilləşdirilməsinə ehtiyac var və müalicənin effektivliyi başqa metodlarla təsdiqlənməlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı