DÜNYA 2020.11.11 14:30

Çinin onlayn ticarət platforması Subaylar Günü 56,4 mlrd. dollarlıq məhsul satıb

27

Çində Subaylar Gününə həsr olan dünyanın ən böyük onlayn alış-satış festivalı çərçivəsində “Alibaba” elektron ticarət platformasının satışlarının həcmi 372,3 mlrd. yuanı (56,4 mlrd. ABŞ dolları) ötüb. “APA-Economics”in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir. Pik dövrdə saniyədə sifariş sayının 583 minə çatdığı qeyd edilir. Bu il satışa 800 mln. çox müştəri, 250 min brend və 5 mln. mağaza qatılıb. Eyni zamanda, 13 brendin satışları 1 mlrd. yuanı (151,5 mln. dollar) ötdüyü, 342 brendin hər birinin isə 100 mln. yuandan (15,1 mln. dollar) çox malın satdığı bildirilir. Qeyd edək ki, Çində Subaylar Günü hər il noyabrın 11-də qeyd olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı