MƏDƏNİYYƏT

COMUS layihəsinin təqdimatı keçirilib

728

28 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində Avropa İttifaqının maliyyə dəstəyi və Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğunun koordinatorluğu ilə həyata keçiriləcək “Tarixi şəhərlərdə icmalar tərəfindən idarə edilən şəhər strategiyası” (qısaca olaraq COMUS) adlı layihənin təqdimatı baş tutmuşdur. Qeyd edilən layihə Azərbaycanın 2011-ci ildən qoşulduğu “Tarixi şəhərlərdə mədəni irsin bərpası” pilot layihəsinin davamıdır. Növbəti ildən icra ediləcək layihədə ölkəmizin Zaqatala və Qax rayonlarının iştirakı nəzərdən keçirilir.
Baş tutmuş təqdimat tədbirində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini, Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğunu, “Azərbərpa” Elmi Tədqiqat-Layihələndirmə İnstitutunu, Azərbaycan Memarlıq və İnşaat Universitetini, Zaqatala və Qax rayonlarını təmsil edən nümayəndələr iştirak etmişlər.
“Tarixi şəhərlərdə icmalar tərəfindən idarə edilən şəhər strategiyası” layihəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində 30 ay müddətində davam etdiriləcəkdir. Müəyyən edilmiş müddətin sonunda layihənin əsas nəticəsi şəhərin sosial-iqtisadi və mədəni inkişafını dəstəkləyəcək “irs” təmayüllü şəhər strategiyalarının hazırlanması və icrası üzrə potensial donorların müəyyən edilməsi olacaqdır.

mct.gov.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı