MEDİA VƏ QHT 2020.06.03 13:32

“Çorumda keçirilən əməliyyatda 17 yaşlı azərbaycanlı qız xilas edilib”

112

Bu sözləri qardaş Türkiyə Respublikasının Ankara şəhərində yaşayan azərbaycanlı jurnalist Oktay Hacımusalı deyib. Oktay Hacımusalının sözlərinə görə bir neçə gün öncə Bakıda yaşayan yazarlardan Qabil Ədalət ona bir məsələ ilə müraciət edib. Müraciətdə göstərilib ki,17 yaşlı azərbaycanlı soydaşımız öz anası tərəfindən Türkiyəyə gəzmək adı ilə aparılaraq Çorum şəhərində məcburi ərə verib və qarşılğından oğlandan pul alıblar. Toydan sonra isə 17 yaşlı qızın əlinə fürsət düşən kimi atasına mesaj yazıb. “Ata məni qurtarın. Anam, Aynurə ve Təranə adlı bir qadın məni Çorum şəhərinin ucqar bir kendinə ərə veriblər. Burda hər gün zülmə məruz qalıram…”

Jurnalist bildirib ki, dərhal əməli iş görməklə bağlı fəaliyyətə başlayıblar: “İstanbulda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Yazarlar və Medya Dərnəyi qurucu Basqani Kəbutər Haqverdiyə müraciət etdik. Müraciətdən dərhal sonra günorta təxmini gecə saat 23:00 radələrində qızın yaşadığı ünvan müəyyən edildi və Çorum Jandarma ekibi ilə əlaqə yaradıldı. Jandarma ekibi məlumat üzərinə hərəkət keçərək Azərbaycan vətəndaşı olan və gizli şəkildə evləndirilərək kənddə saxlanan qızı yaşadığı ünvandan aldı.

Türkiyədə polis idarəsinin rəisi işləmiş, daha sobra təqaüdə ayrılan, MHP millət vəkili namizədi Ləman xanımın yardımı ilə dəqiq plan və təcili əməliyyatla saxlanıldığı evdən azad olunan soydaşımız həkim müayinəsindən sonra rayon miqrasya şöbəsinə təhvil verilib”.

Jurnalist qeyd edib ki, Azərbaycana deportasiya ediləcək olan soydaşımızla bağlı Azərbaycanın Ankara şəhərində yerləşən səfirliyi və DİN -in İnsan alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzdində yerləşən qadın sığınma mərkəzi məlumatlandırılib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı