İDMAN 2020.11.22 01:00

Cüdoçumuz finala yüksəldi

64

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında təmsilçimiz İrina Kindzerska (78 kiloqramdan yuxarı) finala vəsiqə qazanıb. Cüdoçumuzun həlledici mərhələdə rəqibi fransalı Romane Disko olacaq. Digər cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, qitə çempionatında millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıb. Avropa çempionatına 40 ölkədən 355 cüdoçu qatılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı