Çünki o Şəhzadədir..

  Qadınlar” kəliməsi ilə baslayan və daim diqqət mərkəzində olan bir çox romanlar,hekayələr,məqalələr hər zaman mövcud olmuşdur. Necə ki, bu məqalə də o ənənəni pozmadı. Nağıllar isə çox az hallarda buna riayət edib. Burada məsələ biraz fərqlidir. Çünki adətən qadınlar öz həyatlarını nağıl zənn edərək yaşayırlar. Hər zaman sonda  ağ atlı şəhzadə gözləmələri də məhz bununla bağlıdır. Bəs gəlirmi o şəhzadə? Ağ atlı olması qadının xoşbəxtliyinə zəmanət verirmi? Bəzən qadınlar bunu düşünmədikləri üçün nağıl zənn etdikləri həyatı məhz novella olaraq yaşayırlar. Gözlənilməyən sonluq və həmin ağ atlı şəhzadə  qadının  düşüncəsində olur artıq  Mayn Rid-in Başsız atlısı.

 

“Karyera qurmaq möhtəşəmdir! Amma soyuq gecələrdə karyeranı qucaqlayıb yatmaq olmur”. Bu ifadə  mehşur Amerikalı kino aktrisası, müğənni ve model  Marilyn Monroe-a aiddir. Bu ifadəyə istinad edərək bir sual yaranır. Kimdir xoşbəxt qadın? Soyuq qış gecələrində karierasını qucaqlayıb yata bilməyənlər yoxsa ağ atlı şəhzadəsini qucaqlayıb karierasını xəyal edənlər? Heç biri. Həyatında daim bir əksiklik hiss edərək yaşamaq bədbəxtliyin özüdür. Artıq o şəhzadənin kriteriyalarını dəyişmək lazımdır. Gələcəyin uğurlu iş qadınlarına daha ağ at lazım deyil. Onlara,onları motivasiya edə biləcək, qazandığı yaxud qazanmaq istədiyi hər bir uğurda  dəstək ola biləcək şəhzadə lazımdır. O şəhzadə ki, bacarıqları gizlədilmiş,arxa planda qalmış,iş dedikdə sadəcə ev işləri aglına gələn  qadını cəmiyyət tərəfindən atılmış o quyudan çıxarda biləcək. Bu ona tək ayaqqabı tayı ilə başa gəlmiş olsada bunu edəcək. Çünki o Şəhzadədir..

Və qadın həmin o qış axşamı işə gecikməmək üçün qurduğu zəngli saatın  səsinə səhər oyanan zaman,  onun qollarında olduğunun fərqinə vardıqdan sonra anlayacaq ki, o xoşbəxtdir..

 

Fidan Azur

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here