CƏMİYYƏT 2021.01.27 06:00

Dənizçimizin öldürüldüyü gəmiyə dəstək qrupu gəldi

36

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum zamanı öldürülən Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib.

Axar.az xəbər verir ki, mərhumun nəşinin orada Türkiyəyə, daha sonra isə Azərbaycana göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, 23 yanvarda Nigeriya sahillərində üzən Türkiyənin “Boden dənizçilik” şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 2-ci mühəndis Fərman Əli oğlu İsmayılov öldürülüb, 3 nəfər gəmi ilə birgə azad edilib.

***

22 nəfərlik dəstək qrupu Qabonun paytaxtına çatıb.

Bu barədə Türkiyənin Librevildəki səfirliyi Tvitter hesabında məlumat yayıb.

Qrup üzvləri səfir Nilüfər Ərdəm tərəfindən qarşılanıb. Onların Port Gentil limanına gedərək gəmiyə minəcəyi deyilib.

Dəstək qrupunun F.İsmayılovun nəşini Türkiyəyə gətirmək üçün hazırlıq görəcəyi bildirilib.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı