Bayramınıza İdman Qatın
Dənizkənarı Bulvarda Novruz bayramı ərəfəsində keçiriləcək Bakı 2015 İdman Festivalına qoşulun. Bu dörd günlük tədbirdə siz, idmanın və Novruz bayramının mükəmməl ahənginə şahid olacaqsınız.
İdman Festivalı 19-22 mart tarixlərində, günorta saatlarında 2-dən 4-ə kimi baş tutacaq və iştirakçılar hər gün müxtəlif idman növlərinin nümayişindən zövq alacaqlar.
Həmçinin martın 21-də Muzey Mərkəzində çox maraqlı tədbir də həyata keçiriləcək. Saat 19:00-da başlayacaq bu möhtəşəm şounu izləmək üçün Muzey Mərkəzinə gəlin və bu əyləncəni bizimlə birgə yaşayın!
