ELM VƏ TƏHSİL 2020.03.24 19:21

“Dərs vaxtı” proqramının sabah üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb

53

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” televiziya kanalında yayımlanan “Dərs vaxtı” proqramının 25 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da fiziki tərbiyə, 10:10-da IX sinif – Azərbaycan dili, Biologiya, Kimya, Riyaziyyat; 10:50-də VIII sinif – Azərbaycan tarixi, Fizika, İngilis dili, Coğrafiya; 11:20-də VII sinif – Azərbaycan dili, Biologiya, Kimya, Riyaziyyat; 11:55-də – Məktəbəhazırlıq; 12:05-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:40-da IV sinif – Azərbaycan dili, Riyaziyyat; 12:55-də V sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili Təsviri incəsənət dərsləri olacaq.

Rus bölməsi üçün – 14:00-da – Məktəbəhazırlıq; 14:06-da V sinif – Rus dili, Riyaziyyat; 14:30-da VI sinif – Riyaziyyat, Coğrafiya; 14:50-də VII sinif – Rus dili, Fizika, Kimya; 15:20-də VIII sinif – Coğrafiya, Fizika, Biologiya dərsləri olacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı