ELM VƏ TƏHSİL 2021.03.02 13:29

Dərslər dayandırılacaq? – Rəsmi açıqlama

71

Təhsil Nazirliyi orta məktəblərdə əyani dərslərin martın 3-dən 9-dək dayandırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Xahiş edirəm, ötən ilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”, – deyə nazirlik rəsmisi qeyd edib.

Cəsarət Valehov, həmçinin bağça və universitetlərin də bağlanması barədə xəbərləri təkzib edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı