CƏMİYYƏT 2020.09.20 22:50

Daha 53 azərbaycanlı Gürcüstandan vətənə gətirilir

47

Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

təxliyə olunacaq şəxslər Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər.

Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı