CƏMİYYƏT 2020.05.03 07:41

Daha bir azərbaycanlı Sankt-Peterburqda qız qaçırdı

39

Sankt-Peterburqda “qız qaçırma əməliyyatı” davam etməkdədir. Bu dəfə Azərbaycan vətəndaşı öz sevgilisini qaçırıb. Oğurlanan gəlinin anası isə polisə şikayət etmək istəməyib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq polisi növbəti dəfə qız qaçırma işi üzrə araşdırmalara başlayıb. Gəlini müəmmalı şəkildə oğurlayanın 29 yaşlı azərbaycanlı olması müəyyənləşdirilib.

Ötən gün şəhərin Kollontai küçəsindəki kommunal mənzillərin birində yaşayan şəxs 25 yaşlı qonşusunun “Lada Priora” markalı avtomobillə qaçırılması barədə polisə müraciət edib.

İlkin məlumatlara görə, gəlin faktiki nikahda yaşadığı əri tərəfindən qaçırılıb. Onların uzun müddətdən bəri Rusiyada qeyri-leqal şəkildə yaşadıqları da müəyyən edilib.

Qaçırılan “gəlin”in anası, Özbəkistan vətəndaşı qızının oğurlanması ilə bağlı şikayət etməkdən imtina edib. Hətta onların bir övladları olduğu da məlum olub.

Qeyd edək ki, bir müddət öncə Dağıstan vətəndaşı qızının oğurlanması ilə bağlı polisə müraciət edib. O, övladının öz həmyerliləri tərəfindən qaçırıldığını bildirib. Belə ki, həmin şəxs hadisədən əvvəl öz elçilərini qız evinə göndərib. Lakin bu izdivaca razılıq verilməyib.

Hazırda Sankt-Peterburq polisi “Qafqazlı gəlin”i oğurlayanı axtarır.

Xatırladaq ki, bu günlərdə Sankt-Peterburqda azərbaycanlı gənc oğlan azərbaycanlı qızı qaçırmışdı. Amma qızın yaxınlarının şikayətindən sonra polis onların yerini aşkar edib, oğlanın barəsində adam oğurluğu ittihamı ilə cinayət işi qaldırıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı