CƏMİYYƏT 2021.02.23 17:22

Dalğanın hündürlüyü 2.3 metrə çatıb – Faktiki hava

57

Milli Hidrometeorologiya Xidməti faktiki hava ilə bağlı məlumat yayıb.
Xidmətdən verilən məlumata görə, fevralın 23-ü saat 17:00-a olan məlumatına əsasən ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır.
Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı