KRİMİNAL 2019.12.10 15:51

Daxili orqanında psixotrop maddə keçirmək istəyən şəxs saxlanılıb

37

Daxili orqanında psixotrop maddə keçirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin İranla sərhəddə yerləşən Biləsuvar gömrük postunun piyada keçid xəttində İrandan gələn Azərbaycan vətəndaşı özünü şübhəli apardığına görə gömrükçülər tərəfindən saxlanılıb və şifahi sorğu sual edilib.

Üzərində və ya əşyalarının içərisində gömrük nəzarətindən gizlədilən, qadağan olunan predmetlər, o cümlədən narkotik vasitələr, psixotrop maddələr, dərman preparatları və digər əşyalar olmadığını bildirən xanım vətəndaş qanunvericiliyə əsasən şəxsi yoxlamaya cəlb olunub.

Üzərində gömrük sərhədindən keçirilməsi qadağan olunan predmet aşkar edilməyən qadına qanunvericiliyə əsasən daxili bədən boşluqlarında yoxlama aparılacağı bildirilib. Bu zaman o daxili orqanlarında gizlədilən maddələr olduğunu etiraf edib.

Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilən tibbi müayinə zamanı həmin qadının daxili orqanlarında 2 bükümdə, ümumi çəkisi 165 qram təşkil edən ağ rəngli, kristal formalı psixotrop maddə – metamfetamin aşkar edilib.

İlkin dindirmə zamanı vətəndaş həmin maddələri 2019-cu ilin dekabr ayında onunla birlikdə İran İslam Respublikasına səyahət edən Rauf Üzdənbəyovdan bu ölkənin ərazisində aldığını, daxili orqanında gömrük sərhədindən keçirərək Sumqayıt şəhərində ona təhvil verəcəyinə dair razılığa gəldiklərini bildirib.

Aparılan araşdırma nəticəsində Rauf Üzdənbəyovun şəxsiyyəti müəyyənləşdirilib və o İran İslam Respublikasından geri qayıdarkən Biləsuvar gömrük postunda saxlanılıb.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı