BAXIŞ BUCAĞI

“Depressiya və suisid”

771

Çox zaman insanlar həyatda müxtəlif çətinliklərlə rastlaşdıqda, bu çətinliklərin qarşısını ala bilmədikdə bunu ancaq depressiya vəziyyəti kimi yozurlar. Kiçik bir uğursuzluqla üzləşdikdə,işimiz düz gətirmədikdə əhvalımız korlanır,bəzi şəxslərdə  “depressiya”ya düşdüklərini söyləyir. Bəs depressiya nədir? Depressiya-həyatdan artıq zövq almamaq,içimizdən eliyəcək nəsə gəlməməsi,istəksizlikdir. Depressiya yaşayanlar özlərini gücsüz,heçnəyi bacarmayan insan hesab edirlər. Ümidsizlik hissi,dəyərsizlik hissi ,çarəsizlik hissi,mədə ağrıları yaranır. Depressiya insanın yemək yeməsindən tutmuş,yatmasına qədər hər şeyə təsir edir. Depressiya heç də hər zaman keçici hal olmur. İnsan özünü gücsüz, dəyərsiz və bacarıqsız hiss edirsə onda depressiya diaqnozu qoyula bilər. Qadınlar kişilərə nisbətən depressiyaya daha çox meyillidir. Bəzən qadınlarda doğumsonrası depressiya yaranır. Səbəblərinə isə bunlar aid edilir:hormonal dəyişiklik,psixoloji stress,uşağa qarşı həddindən artıq məsuliyyətin artması, maddi vəziyyətin aşağı olması və s.  İlkin əlamətlər halsızlıq, istəksizlik, əsəbilik, yuxusuzluq, unutqanlıqdır.  Hippokratın təsnif etdiyi temperament tiplərindən biri olan Melanxolik tip depressiyaya ən çox düşən tipdir. Depressiyada olmaq əsasən insanın psixoloji gücündən,enerjisindən asılıdır. Depressiyada olan şəxslər zamana buraxsaq düzəlməz. “Zaman hər şeyi düzəldər” fikri depressiyaya uyğun deyil. Zaman keçdikcə hətta vəziyyət dahada pisləşə və intihara gətirə bilər. Depressiya da yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.                          İnsanın həyatında müxtəlif krizis dövrləri var. Bunlardan biri və ən əsası isə “yeniyetməlik krizisi”dir. Bu krizis əsasən 13 yaşda baş verir. Yeniyetməlik krizisinin əsasında “mən” anlayışı olur. Onlar  bu dövrdə ətrafdakı insanları düşünürlər. Çünki, onlar bu dövrdə özlərini cəmiyyətdə tanıtmaq istəyirlər. Bu dövrdə valideynlər uşaqlarına daim nəzarət etməlidirlər. Onları nəzarətdən kənarda qoymamalıdırlar.

İntihar (suisid) – Qəza olaraq və şüur yerindəykən bədbəxtçilik nəticəsində özünü öldürməyə deyilir. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər. Bu hallar ilk dəfə 13 yaşda baş verir. Suisid psixologiyanın ən önəmli problemlərindən biri sayılır. İntiharın yaranmasına səbəblərinə isə sosial problemlər,işsizlik,qumarda çox pul itirmək,yaxın adamın itirilməsi,ciddi xəstəliyə tutulmaq aiddir. Əgər insan özünə qəsd haqqında düşünürsə, bu zaman onu müəyyən cümlələrlə vurğulayır. “Məni bir daha görməyəcəksiz, artıq daha rahat yaşayacaqsız. Əslində onlar üçün suisid (özünə qəsd) adi bir haldır. Onlar bunun tam fərqinə vara bilmirlər.  Onlar bunun tam sonunu düşünə bilmirlər. Onların fikrində sadəcə onları incidənlərə cəza  vermək anlayışı durur. İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:

Psixiatrik xəstəliklər, sosial səbəblər, psixoloji səbəblər, bioloji səbəblər, genetik yaxınlıq, fiziki xəstəliklər .  Depressiyası olan insanların çoxuna professional bir psixoloq tərəfindən tətbiq olunan  Psixoloji Məsləhətçilik ilə kömək edilə bilər. Geriyə qalanlara isə dərman müalicəsi və müalicə tətbiq olunur.

Psixoloji Məsləhətçilik ya da Psixoterapiya, mütəxəssis bir psixoloq ilə adamın duyğularını danışması deməkdir. Bu müddət içində psixoloq adamın əlaqələrində , düşüncələrində ya  da  davranışlarında depressiyaya  gətirib  çıxaran problemləri ortaya  çıxarmasına və bu sahələrdə dəyişmələr etməsinə köməkçi olar..

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı