BAXIŞ BUCAĞI 2020.02.01 13:05

Dialoq.info saytının 6 yaşı tamam oldu

243

Dialoq.info saytının 6 yaşı tamam olub. Bu barədə məlumatı saytın baş redaktoru Mübariz Göyüşlü facebook sosial şəbəkə hesabından paylaşım edərək verib. Paylaşımı nəzərinizə çatdırırıq:

Əziz dostlar!

Bu gün Dialoq.info saytının 6 yaşı tamam olur. 2014-cü ilin 1 fevralından kimsəyə bağlı və kimsədən asılı olmayaraq yaratdığımız xəbər saytı artıq 6-cı ilini tamamlayır. 6 il ərzində kifayət qədər nəticələr əldə etsək də, çatışmazlıqlar və nail olmaq istədiyimiz daha böyük hədəflər var. O baxımdan 2020-ci il girəndən (yeri gəlmişkən il bizim üçün uğurlu girib) işlərimizi genişləndirməyə çalışırıq. Bizə dəstək olan, bizimlə əməkdaşlıq edən hər kəsə minnətdarlığmı bildirirəm.

P.S. Bu gün həm də saytın ingilisdilli versiyası olan en.dialoq.info-nun və Dialoq TV-nin də fəaliyyətə başlamasının 2-ci ili tamam olur.

P.P.S. Son dövrlər mənim əvvəlki çalışma yerimlə bağlı sual verənlərin sayının çoxluğunu və əldə olan fürsəti dəyərələndirərək bildirmək istəyirəm ki, mən artıq 7 aydır AMEA-dakı işimdən ayrılaraq, media və QHT fəaliyyəti ilə məşğulam. Siyahıda adını çəkdiyim qurumlarla yanaşı Yeni Kanal internet televiziyası, o cümlədən Azərbaycan Vətəndaş Hərəkatı da var.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı