ƏSAS SƏHİFƏ

DİN xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

1.0K

Daxili İşlər Nazirliyi (DİN) respublikanın ərazi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində – əməliyyat müvəkkili, polis sahə inspektoru (hüquqşünaslar üçün) və yektinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor (müəllimlər üçün) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, 75 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il noyabr ayının 24-dən dekabr ayının 24-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı